Ru
14:26 / 18 Noyabr 2020

Türkiyəli tanınmış aşıq “Nə oldu, Paşinyan?” şeirini yazdı

2351
Məlum olduğu kimi, sentyabrın 27-də başlayan Vətən Müharibəsi Azərbaycanın həlledici qələbəsi ilə başa çatıb. Vətən Müharibəsinin ilk günündən Qardaş ölkə Türkiyədən Azərbaycana dəstək davam edir.

Türkiyənin Bursa Bələdiyyəsinin Yıldırım ilçəsinin bələdiyyə sədri Oktay Yılmaz tərəfindən Azərbaycana mənəvi dəstək vermək üçün şəhərin bir çox yerində Azərbaycan və Türkiyə bayraqları asılıb.

2008-ci ilin iyun ayından Abşeron Rayon İcra Hakimiyyəti ilə qardaşlaşan Bursa Yıldırım bələdiyyəsinin mədəniyyət işləri üzrə şöbə müdiri, Azərbaycan sevdalısı aşıq Temel Turabi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti zamanı söylədiyi “Nə oldu Paşinyan?” ifadəsinə şeir yazıb.

Temel Turabi Azərbaycanın ən böyük rayonlarından biri sayılan Abşeronla Türkiyənin Bursa şəhəri arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərib, Abşeron rayon İcra Hakimiyyəti və Bursa vilayətinin yerli hakimiyyət orqanlarının birgə təşkilatçığı ilə keçirilmiş tədbirlərdə iştirak edib.


"BakuPost" həmin şeiri təqdim edir:

Ne oldu, Paşinyan?

Fransızlar, Ruslar sattılar seni,
Ne oldu Paşinyan ne oldu sene!
Çok hafife aldın Azerbaycan'ı
Ne oldu Paşinyan ne oldu sene!

Çakal kimi girdin kurdun evine,
Şuşa'da raks etmek senin neyine?
Nihayet bozkurtlar döndü köyüne,
Ne oldu Paşinyan ne oldu sene!

Fazla şımarttılar övdüler seni,
Uşag döver kimi dövdüler seni,
İti govan kimi govdular seni,
Ne oldu Paşinyan ne oldu sene!

Başkan Erdoğanla, Lider Bahçeli,
İlham Aliyeve uzattı eli,
Hedef Kızıl Elma, yol Turan yolu,
Ne oldu Paşinyan ne oldu sene!

Şanlı Azerbaycan, kahraman ordu,
Sükut füzesini ininde vurdu,
İşgalcilerden de kurtardı yurdu
Ne oldu Paşinyan ne oldu sene!

Der Turabi; Savaş bizi yoramaz,
Hilalin sırrına akıl eremez,
Hiçbir düşman Türk'e karşı duramaz,
Ne oldu Paşinyan ne oldu sene!

Aşık Temel Turabi
10.11.2020
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər