Ru
13:35 / 02 Fevral 2026

Üçüncü kurs tələbəsi faciəvi şəkildə öldü - FOTO

Üçüncü kurs tələbəsi faciəvi şəkildə öldü - FOTO
Eye

Azərbaycanda tələbə vəfat edib.


Bakupost.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva yol qəzasında dünyasını dəyişib.

Onun ölmünə səbəb olan hadisə Bakı-Quba yolun Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində baş verib. Burada iki avtomobil toqquşub.

Qəza zamanı S.Mirzəyeva ilə yanaşı qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev də vəfat edib.

Səma Mirzəyeva BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə III kursunda təhsil alırdı.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar