27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş əmlakı satışa çıxarılıb.
Bakupost.az Manset.az-a istinadla xəbər verir ki, o bu barədə ətraflı danışmaq istəmədiyini bildirib:
"Mənə aid olan əmlak müsadirə olunub, satışa çıxarılıb, əlavə heç nə deyə bilmərəm. Burada böyüdüləcək nə var? Nə deyə bilərəm ki?" - sabiq nazir qeyd edib.
Xatırladaq ki, ümumilikdə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ay onun 2 mənzili 490 min manata satışa çıxarılıb.