Ru
15:48 / 09 May 2026

UFC turnirinin mükafat fondu açıqlandı

UFC turnirinin mükafat fondu açıqlandı
Eye

UFC prezidenti Dana Vayt mətbuat konfransında iyunun 15-də ABŞ-nin Vaşinqton şəhərində keçiriləcək "UFC Vayt Haus - Fridom 250" turnirinin detallarını açıqlayıb.

Bakupost.az xəbər verir ki, qarşıdan gələn bu möhtəşəm tədbirin mükafat fondu 1 milyon dollar təşkil edəcək.

Məlumata görə, "Gecənin döyüşü" nominasiyası üzrə hər iki idmançıya 300 min dollar məbləğində qonorar ödəniləcək. Turnirin yekunlarına əsasən, ən yaxşı çıxış nümayiş etdirən iki döyüşçünün hərəsi isə əlavə olaraq 200 min dollarla mükafatlandırılacaq.

Xatırladaq ki, "UFC Vayt Haus - Fridom 250" turnirinin əsas döyüşündə 70 kq çəki dərəcəsində məğlubiyyət tanımayan 29 yaşlı UFC çempionu, ispan-gürcüstanlı İliya Topuriya ilə yüngül çəkidə müvəqqəti UFC titulunun sahibi, 37 yaşlı amerikalı Castin Qeyci üz-üzə gələcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar