Ru
23:20 / 05 Noyabr 2025

Ukrayna ordusu bu binaya nəzarəti yenidən ələ keçirdi

Ukrayna ordusu bu binaya nəzarəti yenidən ələ keçirdi
Eye

Ukrayna Silahlı Qüvvələri Pokrovsk Şəhər Şurasının binası üzərində nəzarəti yenidən ələ keçirib.

Bakupost.az xəbər verir ki, "Skala" 425-ci Əlahiddə Hücum Alayı bu binanı Rusiya qüvvələrindən azad edib.

Alayın Telegram kanalında yayılan məlumata əsasən, Ukrayna bayrağı bir daha həmin binanın üzərində dalğalanmağa başlayıb.

Məlumatda bildirilir ki, iki hücum dəstəsinə Pokrovskun mərkəzinə daxil olaraq şəhər şurasını işğalçılardan təmizləmək tapşırığı verilib. "Jdun" raketi ilə nəqliyyat vasitəsinin vurulmasına baxmayaraq, hərbçilər şəhərə daxil olmağı bacarıblar. Pusquya düşmələrinə rəğmən, düşmən qüvvələri məhv edilib və yalnız bir əsgər yaralanıb, o da döyüşü davam etdirir.

Qeyd olunur ki, Pokrovsk Şəhər Şurasının binası şəhərin cənubundakı "boz zona" adlanan ərazidə yerləşir.

Hazırda Pokrovsk şəhərinin təxminən 80 faizi Rusiya qüvvələrinin nəzarəti altındadır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar