Ru
15:52 / 01 Sentyabr 2017

Unudulmuş milli yeməklərimiz - İçərişəhərdə festival

Eye

İçərişəhərdə "Unudulmuş yeməklər” adlı yemək festivalı başlayıb.

 

BakuPost.az xəbər verir ki, festivalın keçirilməsində məqsəd şəhərimizin tarixi hissəsində Qurban bayramı ab-havası yaradaraq bayram təntənəsini paytaxt sakinləri və şəhərimizin qonaqları ilə birlikdə qeyd etməkdir.



Hazırlanmasında və təqdimatında festivala ziyarətçilərin də iştirak edə biləcəyi irimiqyaslı yemək festivalı, eyni zamanda, Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəximizin unudulmuş zənginliklərini nümayiş etdirərək, xalqımızın zəngin süfrəsinə geri qaytarmaq məqsədi daşıyır.



Festivalda milli mətbəximizin 8 unudulmuş yemək nümunələri hazırlanıb təqdim olunur. Bunlar Bakı mətbəxinə məxsus "Həlim aşı”, Qarabağa məxsus "Balva”, Qərbi Azərbaycan mətbəxinə aid "Təngab”, "Məkə şorbası”, "Zəngi çörəyi”, "Yeznə qalını”(şirniyyat), "Tər halva” və "Müsənbə plov” yeməkləridir. Bu yeməklərin reseptləri İçərişəhər Tarix Muzeyi və "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni Mərkəzinin əməkdaşlarının tədqiqatı nəticəsində araşdırılaraq tapılıb.



Yeməklərin təqdim edildiyi guşələrin qarşısında təamların adları və tərkibi yazılan stendlər quraşdırılıb.



Festivalda, həmçinin müxtəlif qurumlar öz məhsullarını təqdim edir. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi tərəfindən uşaqlar üçün ustad dərsləri keçirilir.

 

Festival günlərində isə hər gün axşam saatlarında musiqili proqram təqdim olunacaq.














Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar