Ru
11:15 / 12 May 2026

Uşaq bağçasında görün nə tapıldı? - Ərazi nəzarətə alındı!

Uşaq bağçasında görün nə tapıldı?  - Ərazi nəzarətə alındı!
Eye

Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında həyəcanlı anlar yaşanıb.

Bakupost.az xəbər verir ki, yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər 2 ədəd əşya aşkar edilib.

Bildirilib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.

Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır.

İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

Şərhlər
  • Pizza

    Sizin bu pizza sevdanız nədir?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar