“21 noyabr axşamı növbəti dəfə gözəl bir ailə axşamı olmalı idi. Bunun əvəzinə ailəmizdə faciə baş verdi.
Mənim kiçik övladım möcüzə nəticəsində xilas oldu, həkimlərə təşəkkür edirəm – ilk dəqiqələr həlledici oldu. Hələ də xəstəxanadayıq, özümüzə gəlməyə çalışırıq. Balaca oksigenə qoşulub, yoxsa saturasiya (qandakı oksigen səviyyəsinin norması) düşür”.
Bakupost.az xəbər verir ki, bu sözləri noyabrın 21-də Yasamaldakı dəhşətli yanğının qurbanlarından biri, Samir Məhəmmədovun həyat yoldaşı Marta Ramazanova sosial şəbəkəsindəki paylaşımında yazıb.
Hadisənin zərərçəkəni bildirir ki, artıq 6-cı gündür və hələ də orqanizmindən qara his və ya tüstü çıxır. “4 yaşlı uşağın ağciyərlərində nələrin baş verdiyini düşünmək belə qorxuludur. Saçımdan qoxu getmir, hər saniyə o dəhşətli axşamı xatırladır.
Və bu yalnız görünən tərəfidir. Uqar qazından (CO) zəhərlənmənin bu cür nəticələrinin bizi gələcəkdə necə təsir edəcəyini bilmirik”.
Ramazanova dəhşətli olayın acı nəticələrini baş verə biləcək ən dəhşətli şey baş verdiyini xatırladıb:
“Mükəmməl ata, sevimli ər, gözəl dost, məsuliyyətli işçi və nəhayət, öz ölkəsinin nümunəvi vətəndaşı – artıq həyatda yoxdur. O, artıq yoxdur.
Bir axşamda bütün həyatımız dəyişdi. Və tək bizim yox. Kiçik Arzuşka – mələk balası, oğlanlarımın dostu… o da artıq yoxdur”.
Zərərçəkən bildirir ki, binanın sakinləri – bomj kimi yaşayır: “Əşyalarımızı paketlərə və çamadanlara yığırıq. Harada yer tapsaq, orada qalırıq. Yaşamağa yerimiz yoxdur. Yeni ili harada
və necə keçirəcəyimizi bilmirik.
Və bundan daha pis olan – bəzi ailələr artıq heç vaxt tam halda olmayacaq…
Uşaqlar baş verənləri anlamırlar. Soruşurlar ki, papa haradadır, nə vaxt evə qayıdacağıq. Mən isə indi onlara nə cavab verəcəyimi bilmirəm”.
“Amma bir gün izah etməli olacağam ki, səbəb onların atasının ədalət uğrunda mübarizə aparması idi. Lakin onu eşitmədilər, dəfələrlə eşitmədilər.
Ümid edirəm ki, bu son dəfə – nəhayət – o eşidiləcək” – deyən Ramazanova günahkarların qanunun bütün sərtliyi ilə cəzalandırılmasını tələb edir.
