Ru
17:55 / 03 Sentyabr 2021

Valyuta ehtiyatı 673,2 milyon dollar artıb - Hesabat

Valyuta ehtiyatı 673,2 milyon dollar artıb -  Hesabat
Eye

Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayıb. Rəsmi hesabata görə, sentyabrın 1-nə ehtiyatın həcmi 7 milyard 042,6 milyon dollar olub.

Bakupost.az xəbər verir ki, Novator.az-ın məlumatına görə, 2021-ci il 6 milyard 369,4 milyon dollarla başlayıb, səkkiz ayda 673,2 milyon dollar artım qeydə alınıb.


2015-ci ilin əvvəlinə valyuta ehtiyatı 13 milyard 758,3 milyon dollar göstərilib, ilin sonuna ehtiyatın həcmi 5 milyard 16,7 milyon dollara enib.

2017-ci ilin əvvəlinə ehtiyat 3 milyard 974,4 milyon dollar, 2018-ci ilin əvvəlinə 5 milyard 334,6 milyon dollar, 2019-cu ilin əvvəlinə 5 milyard 625,7 milyon dollar, 2020-ci ilin əvvəlinə 6 milyard 258 milyon dollar həcmində rəsmiləşib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar