Ru
14:00 / 01 Avqust 2026

Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu

Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
Eye

Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub.

"Bakupost" Qaynarinfo-ya istinadən xəbər verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Çillər Əsədli Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədovun qızıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar