Əməkdar artist Vasif Məhərrəmli yeni evini nümayiş etdirib.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, müğənni “Bir gün” proqramının çəkiliş qrupunu evində qonaq edib.
O, həm yaşayış məkanını nümayiş etdirib, həm də şəxsi həyatı və yaradıcılığı ilə bağlı maraqlı məqamlardan danışıb. Sənətçi şəhərin mərkəzində yerləşən mənzilinin dizayn konsepsiyasını özü seçdiyini, evin isti atmosfer yaratması üçün xüsusilə işıqlandırma və rəng tonlarına diqqət etdiyini bildirib.