Ru
13:07 / 03 Sentyabr 2020

Velosipedlə həyatını dəyişən bərbər qadın: Leylanın inanılmaz hekayəsi - VİDEO

11417
Xaçmazda cəmi 2-3 Leylanın tanıdığı bir Leyla var. Sənədlərdə soyadı Novruzəliyeva gedir. Amma özündən soruşsanız, "Fətəliyeva" deyəcək. 11 illik evlilik həyatına son qoyub çünki... Həmin günlərindən nəsə nişanə qalsın, istəmir. Ərinin eşitmə-danışma məhdudiyyəti olub. Leylaya elçi düşəndə düşünüb ki, sevir, ailə qurub, ömrünü ona həsr eləsin, xoşbəxtliyi özləri yaratsınlar.

Evləndikdən sonra tam anlaşa bilsinlər deyə, eşitmə-danışma məhdudiyyəti olanlar üçün xüsusi danışıq "dili"ni də öyrənib. Ancaq növbəti öyrənməyə çalışdığı şey özünü müdafiə fəndləri olub. Tez-tez ömrünü həsr etmək istədiyi şəxsin hücumuna məruz qalırmış.


Qısa vaxtda hər iki valideynini itirir. Ərindən ayrılır, amma evindən ayrıla bilmir. Gedəcəyi yer yoxdu çünki. Hələ də ayrı dünyalarda, eyni çatının altında yaşayırlar.

Üç oğlu var. Hələ balacadılar. Bircəcik Leylalarına həyan ola bilmirlər... Üç oğlu var axı... Böyüməlidilər, böyütməlidi!

Çıxış yolu tapıb Leyla. Velosiped alıb, səyyar bərbərliyə başlayıb. Xaçmazdan və ətraf kəndlərdən sifariş alıb, evlərə gedir. Çox evdə, ocaqda alnının təri var. Bu cür qazanır, arzularını və övladlarını bu cür böyüdür.

İndi Xaçmazda ona Leyla Fətəliyeva da demirlər. Özünə yeni "soyad" yaradıb çünki. Hamı sevir, hörmət edir: Velo-bərbər Leyla. "BakuPost" istədi ki, hamı tansın bu Leylanı. 11 ilin içində Novruzəliyeva Leyla, Fətəliyeva Leyla, Velo-bərbər Leyla olan Leylanı. Təqdim etdiyimiz bu qısa filmdən sonra bütün leylalar da tanıyacaq onu.

Filmin rejissoru Ruslan Mollayevdir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər