Ru
12:12 / 03 Yanvar 2026

Venesuelada fövqəladə vəziyyət ELAN OLUNDU

Venesuelada fövqəladə vəziyyət ELAN OLUNDU
Eye

Venesuela Prezidenti Nikolas Maduro Venesuelaya hücumla əlaqədar fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərman imzalayıb.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto bildirib.

"Prezident Nikolas Maduro Venesuela Konstitusiyasına, fövqəladə vəziyyətlər və milli təhlükəsizlik haqqında qanuna ciddi şəkildə uyğun olaraq, müvafiq vaxt və şəraitdə həyata keçirmək üçün bütün milli müdafiə planlarını aktivləşdirib", - o yazıb.

"Venesuela Birləşmiş Ştatların hazırkı hökuməti tərəfindən ölkənin paytaxtı Karakas şəhərinin mülki və hərbi bölgələrində, həmçinin Miranda, Araqua və La Quayra ştatlarında Venesuela ərazisinə və əhalisinə qarşı törədilmiş son dərəcə ağır hərbi təcavüzü pisləyir və beynəlxalq ictimaiyyətə bəyan edir", - Pinto bildirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar