Ru
18:55 / 04 Oktyabr 2021

Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəşti olacaq

Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəşti olacaq
Eye

“Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, Vətən Müharibəsi qəhrəmanlarının əməkhaqqından tutulan vergiyə güzəşt nəzərdə tutulub.

Buna görə Vətən Müharibəsi qəhrəmanları əməkhaqqından tutulan vergi hesablanarkən güzəşt hüququ almaq üçün Vətən Müharibəsi Qəhrəmanının təltif edilməsi barədə vəsiqəni təqdim etməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar