Vətən müharibəsi qazisi İqbal Səfərov döyüş xatirələri ilə bağlı Baku TV-yə müsahibə verib.
Bakupost.az xəbər verir ki, bu barədə Feysbuk hesabında paylaşım edən qazi müharibənin ən qızğın vaxtında itkin düşdüyünü bildirib.
"Müharibənin ən qızğın anlarında, itkin düşmüş bir zabit kimi, bir komandir kimi, Azərbaycan əsgərinin şərəfini çiyinlərimdə daşıyırdım. Düşmənə əsir düşməyin nə demək olduğunu yaxşı bilirdim - bu, sadəcə bədəninin deyil, ruhunun da zəncirlənməsi demək idi. O an içimdə bir qərar verdim. Özümü, düşüncələrimi toparlayaraq, nəyin bahasına olursa olsun, düşmənə əsir düşməyəcəyimə and içdim. Sonunda ölüm belə olsa, bu yol mənim üçün şərəf yoluydu. Yaşamaq hər nə qədər şirin olsa da, mən seçimi etmişdim: ya azadlıqla, ya da başı dik bir sonluqla. Bu qərar bəlkə də mənim ən böyük döyüşüm idi - düşmənlə yox, öz daxilimdəki qorxu ilə. Və mən o döyüşü udmuşdum…",- o, əlavə edib.
Daha ətraflı videoda: