Ru
12:35 / 23 Fevral 2021

“Vətəndaş istənilən yaşda pensiyaçı ola bilər" - Nazirlik rəsmisi

4194
“Bu gün cəmiyyətdə elə fikir formalaşıb ki, 65 yaş həddi çoxdur, əgər başıma nəsə gəlsə pensiya ala bilməyəcəyəm. Bu, yanlış təfəkkürdür. Qanunvericilikdə 3 pensiya növü varsa onun biri yaşa görədir. Digərləri isə əlilliyə görədir”.

Bakupost.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya Siyasəti və Fərdi Uçota Nəzarət Şöbəsinin müdiri Elnur Abbasov Yeni TV-yə müsahibəsində deyib.

Nazirlik rəsmisi qeyd edib ki, ölkədə 30 yaşında əlilliyə görə pensiya alan vətəndaşlar var:

“Vətəndaş istənilən yaşda pensiyaçı ola bilər. 65 yaşa çatıb yaşa görə pensiya almaq həddinə gəlinibsə deməli sağlamlığında problem olmayıb”.

Şöbə müdiri bildirib ki, 25 il sığorta stajı və 28 illik pensiya kapitalı tələbindən ikisindən biri olarsa pensiya almaq hüququ qazanır:

“Əgər vətəndaşın 25 ilə uyğun stajı yoxdursa, ancaq lazım olan kapitalı varsa yaşa görə pensiyaçı ola bilər. Əvvəl pensiyanın təyin olunması üçün sənəd toplanması üçün uzun müddət vaxt tələb olunurdusa, bu ilin yanvar ayının 1-dən pensiya yaşına çatan şəxslər avtomatik şəkildə topladığı kapitala uyğun olaraq pensiya təyin olunur”.
Şərhlər
  • imran SAHZADEYEV

    hardadi elə burda pensiyaya cixmaq ucun xəssə olsanda pul vermelisen hec cure mukun deyil

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər