Ru
15:52 / 19 Fevral 2020

Vidadi Zeynalovun əmlakıyla bağlı nazirlikdə araşdırma aparılır - MƏHKƏMƏ

2277



Ali Məhkəmədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Optik Rabitə, Rabitə Mülki Tikinti" MMC-nin direktoru Emin Məmmədov və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

BakuPost-un məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev vəsatətlə çıxış edərək təqsirləndirilən şəxslərlə bağlı müsadirə olunan əmlaklarla bağlı nazirlikdə araşdırma aparılır: "Araşdırmaların nəticələri məlum olana qədər məhkəmənin təxirə salınmasını xahiş edirik".


Vəsatət təmin edilib və proses martın 11-ə qədər təxirə salınıb.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri V.Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlaklarının üzərinə həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə və B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib, A. Mustafayev, Q. Beybalayev, E. Məmmədov, N. Məmmədov şərti azadlığa buraxılıb.

Vidadi Zeynalov ötən il mart ayında cəzasının 4/3 hissəsini çəkdiyi üçün azadlığa çıxıb. Beytulla Hüseynov isə Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edərək əmlaklarına qoyulan həbsin götürülməsini istəyirlər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər