Ru
23:18 / 08 Aprel 2021

Volkan Bozkır Bakıdadır - YENİLƏNİB

Volkan Bozkır Bakıdadır -  YENİLƏNİB
Eye

“BMT Baş Assambleyasının sədri olaraq Dohadakı təmaslarımı tamamladım və bir azdan Bakıya uçuram”.


“BakuPost” xəbər verir ki, bunu sosial media hesabında BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır yazıb.


O bildirib ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək:



“Bundan başqa, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyəm”.


Qeyd edək ki, V.Bozkır bundan əvvəl Türkiyəyə gəlmiş, orada bir sıra rəsmi təmaslardan sonra Qətərə yollanmışdı.


***


“BMT Baş Assambleyasının sədri olaraq rəsmi səfər üçün Dohadan Bakıya vasil olduq”.


“BakuPost” xəbər verir ki, bunu sosial media hesabında BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır yazıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar