Ru
19:20 / 02 Oktyabr 2025

Vüsal Aslanov rəisi işdən çıxardı: "Bakı Metropoliteni" təkzib etmişdi

Vüsal Aslanov rəisi işdən çıxardı: "Bakı Metropoliteni" təkzib etmişdi
Eye

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb.


Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.

Tərlan Həsənli öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Qeyd edək ki, bu ilin avqust ayında "Qaynarinfo "Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənlinin işdən çıxması ilə bağlı məlumat yaymışdı. Lakin "Bakı Metropoliteni" Asəf İsgəndərlinin işdən ayrılmasını təsdiqləsə də, Tərlan Həsənli ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.

Məlumata görə, Asəf İsgəndərli "ATS Food" MMC-də baş maliyyə direktoru, Tərlan Həsənli isə "Agro Chain" MMC-nin baş icraçı direktoru təyin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar