Ru
15:26 / 31 Yanvar 2026

Xalq artisti uzun fasilədən sonra səhnədə - Video

Xalq artisti uzun fasilədən sonra səhnədə - Video
Eye

Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsinə qayıdıb.

Bakupost.az xəbər verir ki, aktrisa Akademik Musiqili Teatrda "Zal qızı Zalxa" tamaşasında oynayıb.

Uzun müddətdir səhhətindəki problemlə əlaqədar səhnədən uzaq qalan Bəşirqızı ötən gün tamaşaçılarla görüşüb. Aktrisa səhnəyə əsa ilə çıxıb.

Yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Qeyd edək ki, A.Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar