Ru
14:19 / 31 Yanvar 2026

İmişlidə yol qəzası - Xəsarət alan var

İmişlidə yol qəzası - Xəsarət alan var
Eye

İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.


Bakupost.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə ilə bağlı İmişli Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 31.01.2026-cı il tarixində saat 10:30 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1963-cü il təvəllüdlü şəxsə başın və bədənin müxtəlif nahiyələrinin kəsilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar