Ru
15:39 / 31 Yanvar 2026

Azərbaycanlı döyüşçü rəqibini təhdid etdi – “Zərbələrimi hiss edəcəksən” - Video

Azərbaycanlı döyüşçü rəqibini təhdid etdi – “Zərbələrimi hiss edəcəksən” - Video
Eye

Bu gün Avstraliyanın Sidney şəhərində keçiriləcək UFC 325 turnirinin rəsmi çəki mərasimi zamanı üzbəüz baxış zamanı gərginlik pik həddə çatıb. Yüngül çəki dərəcəsində (70 kq) döyüş ərəfəsində Rafael Fiziyev və Maurisio Ruffy turnirin ən gərgin anlarından birinə imza atıblar.

Üz-üzə baxış zamanı Fiziyev rəqibini döyüşöncəsi braziliyalı rəqibinə sözlü təziq edib. Döyüşçü qəfəsdə öz oyununu diktə etmək niyyətində olduğunu deyib və qarşılaşma öncəsi psixoloji təzyiqə başlayıb:

“Adım Rafaeldir. Mən Azərbaycandanam və səni əllərimlə, dirsəklərimlə, dizlərimlə və zərbələrimlə vuracağam. Sən bunu hiss edəcəksən. Bunu bir gün sonra hiss edəcəksən. Mən hazıram və döyüşə gedəndə gülümsəyirəm, qardaşım. Səndə görmək istədiyim enerji budur. Mən sənin ən yaxşı formada görmək istəyirəm, Raffi”, – deyə döyüşçü bildirib.

Bu açıqlamalar arenada olanların diqqətini çəkib və iki idmançı arasındakı gərginliyi daha da artırıb. Maurisio Raffi rəqibinə sözlə cavab verməyən və yalnız yumruqlarını düyünləməklə qarşılıq verib. Raffinin bu hərəkət gərginlik və ya psixoloji təzyiqdən qaynaqlandığını göstərib.

Yüngül çəkidə baş tutacaq bu qarşılaşma turnirin ən çox gözlənilən döyüşlərindən biri hesab olunur. Dünən baş verən bu qızışdırıcı və psixoloji savaşdan sonra diqqətlər artıq qəfəsin içində veriləcək cavaba yönəlib. Hər iki döyüşçü söz və jestləri real performansa çevirmək imkanı əldə edəcək.



Fateh, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar