Ru
13:47 / 31 Yanvar 2026

Şeyx Əbdüldə eyni vaxtda 4 xəstəlik aşkarlandı: "Əsas qorxulu olan..."

Şeyx Əbdüldə eyni vaxtda 4 xəstəlik aşkarlandı: "Əsas qorxulu olan..."
Eye

Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhəti ilə bağlı həkimlərin rəyi açıqlanıb.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə sənətkarın özü məlumat verib. O bildirib ki, götürülən nümunələrlə bağlı həkimlər onda 4 xəstəlik olduğunu müəyyən ediblər:

"Vəziyyətim pisdir. Pandemiya vaxtı korona olmuşdum, həmin vaxt həkimlər məni səhv müalicə ediblər. Vaxtında başım sənətə qatılıb, sağlamlıq yadımdan çıxıb. Əsas qorxulu olan odur ki, bir xəstəliyin müalicəsi digəri ilə üst-üstə düşmür. Nəfəs ala bilmirəm, xəstəlik kəskinləşib. İkinci xəstəlik mədə-bağırsaqdadır - yara var. Bu, bronxların müalicəsində istifadə olunan iynənin fəsadlarından yaranıb. Üçüncü xəstəlik prostatdır. Dördüncü isə sağ tərəfdə yüngül infarkt olub, sağ ayağım və əlim keyiyir, hərəkət edə bilmirəm".

Əbdül Mahmudbəyov mədə əməliyyatı keçirdiyini də əlavə edib:

"Yeyə bilmirəm. Dedilər, ilk olaraq bundan başlayaq ki, sonrakı müalicələr effekt versin. Həkimim Almaniyada təhsil alıb, ona güvənirəm. İki gündür buradayam, hələ bir 10 gün də qalacağam".

Xatırladaq ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb və o, Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar