Ru
15:02 / 02 Yanvar 2026

"Xalq artistləri bunu icazəsiz oxuyub, haqqımı halal etmirəm"

"Xalq artistləri bunu icazəsiz oxuyub, haqqımı halal etmirəm"
Eye

Müğənni Mərdan Kazımov AzTV-də yayımlanan Yeni il buraxılışında Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların çıxışı zamanı "Cavanlığım" mahnısının aranjmanından ondan icazə alınmadan istifadə edildiyini açıqlayıb.

Bskupost.az xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında paylaşım edib.

"İcazəsiz bizim aranjmanımızdan istifadə edirsiniz, canınız sağ olsun. Heç olmasa mənim səsimi silərdiniz. Biz qrupla bu mahnının aranjmanı üçün çox əziyyət çəkmişik, bütün alətlər canlı ifa olunub. İcazə almaq bu qədər çətindir? Halbuki biz bu mahnıları oxuyanda bəstəkarlarından, əgər vəfat ediblərsə, onların varislərindən icazə alırıq. AzTV, siz ümumiyyətlə niyə nəzarət etmirsiniz?" deyə, o, bildirib.

Mərdan Xalq artistlərinin aranjmandan istifadə edərkən ondan icazə almadıqlarını vurğulayıb:

"Bu mahnılar bizim şəxsi materialımız deyil. Ona görə də heç kimə deyə bilmərik ki, oxumayın. Amma bizim aranjmanımızdan istifadə olunursa, danışmağa haqqımız var. İcazəsiz istifadə olunursa, bu, birbaşa hörmətsizlikdir. Biz icazələr alır, müqavilələr bağlayırıq. İndiyə qədər problem yaşamamışıq, icazə verirlər. Bu yaxınlarda məclisə getmişdik, kimsə çıxıb "Qaytar eşqimi" mahnısının aranjmanı ilə səhnədə oxudu. Bu, musiqiçi əxlaqına nə qədər yaraşan hərəkətdir? Xalq artistlərimiz icazəsiz oxuyur, canları sağ olsun, deyəcək sözüm yoxdur. İcazə alanlar da olur. Amma icazəsiz oxuyanlara haqqımı halal etmirəm".

Qeyd edək ki, Mərdan Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova ilə ailəlidir.(Axşam.az)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar