Ru
15:53 / 02 Yanvar 2026

Polad Həşimovun xatirəsi anıldı - FOTOLAR

Polad Həşimovun xatirəsi anıldı - FOTOLAR
Eye

Yanvarın 2-si Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Bakupost.az xəbər verir ki, bununla əlaqədar Hərbi Memorial Məzarlıqda Polad Həşimovun xatirəsi yad olunub.

Anım mərasimində şəhidin məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

General-mayor Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailəsi ilə birgə Sumqayıt şəhərinə köçən Polad Həşimov orta təhsil buradakı 28 və 34 nömrəli məktəblərdə alıb. Sonra o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib. Tağım komandirliyindən general-mayor ali hərbi rütbəsinədək yüksələn Polad Həşimov cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.

O, 2016-cı ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Sərəncamına əsasən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən ona general-mayor ali hərbi rütbəsi verilib.

P.Həşimov 2020-ci il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Prezidentin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar