Ru
15:37 / 05 Oktyabr 2021

Xameneinin Azərbaycandakı nümayəndəsinin ofisi bağandı

Xameneinin Azərbaycandakı nümayəndəsinin ofisi bağandı
Eye

"Bakıdakı Hüseyniyyə məscidi bağlanıb".

Bunu Bakupost.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, paytaxtın bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:

"Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür".

Qeyd edək ki, İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisi Hüseyniyyə məscidində yerləşir.

Şərhlər
  • Səlim

    Ofisi bağlamaq azdı.Nümayəndə Azərbaycandan çıarılmalıdır.Bu daha doru olardı.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar