Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında oyun başlayıb.
Bakupost.az xəbər verir ki, Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma saat 14:00-da start götürüb. Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Oyundan öncə komandalar meydana şəhid övladları ilə birlikdə çıxıblar. Daha sonra Dövlət Himni səsləndirilib. Ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçıdır. Cütün qalibi 1/4 finalda “Sabah” klubu ilə qarşılaşacaq.
***
14:53
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.
Bakupost.az xəbər verir ki, Xankəndi şəhər stadionunda keçirilən qarşılaşmada komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda 39-cu dəqiqədə zədələnərək Patrik Andrade ilə əvəzlənib.
***
İkinci hissə başladı.
***
“Qarabağ”hesabı açdı, 90+5-ci dəqiqədə Nəriman Axundzadə fərqləndi. Futbolçu tarixi qolun müəllifi oldu.