Ru
13:23 / 28 Avqust 2026

Xəritədə yeni coğrafi ad...

Xəritədə yeni coğrafi ad...
Eye

ABŞ Geoloji Xidməti (USGS) tezliklə rəsmi sənədlərində Ontario gölünün adını "Amerika Gölü" olaraq dəyişdirəcək.

"Bakupost" xəbər verir ki, Ağ Ev bu barədə USGS direktoru Ned Mamulanın məktubunu dərc edib.

Administrasiyanın məlumatında deyilir: "ABŞ Geoloji Xidməti (USGS) bütün rəsmi USGS elektron sənədlərində Ontario gölünün adını rəsmi olaraq "Amerika Gölü" olaraq dəyişdirib. Bu dəyişiklik yaxın bir neçə gün ərzində çap olunmuş sənədlərdə qüvvəyə minəcək".

Dəyişiklik rəsmi olaraq Coğrafi Adlar Məlumat Sistemində (GNIS) qüvvəyə minib.

Prezident Donald Tramp ABŞ hökumətinin Ontario gölünün adını dərhal "Amerika Gölü" olaraq dəyişdirdiyini bildirmiş. O əlavə etmişdi ki, adın dəyişdirilməsi üçün bütün lazımi sənədləşmə işləri artıq tamamlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar