Dünənki gecə “Qarabağ” üçün qələbə gətirməsə də, bir nəticə bu komandanın qazandığı uğurları heç vaxt azalda bilməz.
"Bakupost" xəbər verir ki, bunu Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus özünün X səhifəsində yazıb.
“Qarabağ” FK-ya və onun uzun illər rəhbərliyi ilə unudulmaz Avropa qələbələri qazanan və Azərbaycan futbol mədəniyyətinə fövqəladə töhfələr verən baş məşqçisi cənab Qurban Qurbanova böyük hörmətimiz var. Belə irslər davam edir”, - səfir bildirib.