Ru
17:27 / 14 Yanvar 2020

Xəstənin qarnında qayçı unudan həkimlər CƏZALANDIRILDI

 Xəstənin qarnında qayçı unudan həkimlər   CƏZALANDIRILDI
Eye

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Gəncədə əməliyyat zamanı qadının qarın boşluğunda qayçı qalmasına dair məlumat yayıb.

Birlikdən BakuPost.az-a verilən xəbərə görə, 2 iyul 2019-cu il tarixində pasient Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunub. 2 dekabr 2019-cu il tarixində xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb. Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb.

Hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar