Ru
10:34 / 04 Noyabr 2025

Xəzərin sahilində 112 ölü suiti tapıldı

Xəzərin sahilində 112 ölü suiti tapıldı
Eye

Xəzər dənizinin Qazaxıstanın Mangistau vilayəti sahillərində çoxsaylı suiti cəsədi aşkar edilib.

Bakupost.az “Qafqazinfo”ya saytına istinadən xəbər verir ki, bu barədə vilayətin Ekologiya Departamenti məlumat yayıb.

Bildirilib ki, vilayətin Tüpkaraqan rayonunun Asan yaşayış məntəqəsindən Bautino burnuna qədər olan sahil zolağında aparılmış monitorinqlər zamanı 112 Xəzər suitisinin cəsədi aşkarlanıb.

Ölümlərin səbəbini müəyyən etmək üçün hadisə yerindən nümunələr götürülüb.

Xatırladaq ki, bu ilin may ayında Xəzər dənizinin Qazaxıstan sahillərində 200-dən çox suiti cəsədi aşkarlanmışdı. Həmin vaxt suiti cəsədlərinə Pirşağı çimərliyində də rast gəlinmişdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar