Ru
09:43 / 06 Dekabr 2025

Xəzərdə balıq böhranı – Vacib addımlar atılacaq

Xəzərdə balıq böhranı – Vacib addımlar atılacaq
Eye

"Bu il həm Xəzər dənizində, həm də daxili sularda ehtiyatların qiymətləndirilməsi işini elmi əsaslarla aparmağa çalışmışıq. Bu sahədə Türkiyədən olan elm adamları, eyni zamanda Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları ilə birgə qiymətləndirmələr aparılıb".

Bakupost.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib.

Onun sözlərinə görə, həmin qiymətləndirmələr əsasında gələcək illərin ehtiyatların bərpası üçün balıq buraxılışlarının sayını müəyyənləşdirilib:

“Eyni zamanda kvota hədlərini da müəyyən olunub. Bu proses zamanı bəzi vacib məqamlar üzə çıxdı. Bəzi növ balıqların nəzarətsiz artması qeydə alındı. Eyni zamanda bəzi balıqların, xüsusilə çəkikimilərin sayının azalması üzə çıxdı.

Mərhələli şəkildə ehtiyatların bərpası üçün, xüsusən daxili sularda Kür-Araz və ona bağlı digər dağ çaylarında çəkikimlərin bərpası üçün növbəti illərdə proqram hazırlanacaq. Eyni zamanda, mərkəzin tabeliyindəki təsərrüfatlar da bu istiqamətdə öz işini görəcək”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar