Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bakupost.az-ın xəbərinə görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, sonuncu dəfə dənizdə noyabrın 2-də 18.46-da 3.2 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələnin ocağı 72 kilometr dərinlikdə yerləşib.
Daha öncəki 3 maqnitudalı təkanlar sentyabrın 24-də saat 03:34-də baş vermişdi. Həmin zəlzələnin ocağı 62 kilometr dərinlikdə idi.
Qeyd edək ki, son vaxtlar ölkə ərazisində 3-3,4 bal gücündə təkanların sayı (Şirvan və İsmayıllıda) artıb.