Ru
16:52 / 05 Mart 2021

YAP İcra Katibliyi ləğv edildi

YAP İcra Katibliyi ləğv edildi
Eye

Yeni Azərbaycan Partiyasında (YAP) icra strukturu Mərkəzi Aparat olacaq.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

O qeyd edib ki, partiyada İcra katibliyi ləğv edilib.

Qeyd edək ki, YAP-ın VII qurultayına qədər partiyanın icra katibi Əli Əhmədov olub. Bu gün Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Əli Əhmədov da YAP sədrinin müavini təyin olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar