Ru
16:42 / 09 Sentyabr 2025

"Yaxınlarda az qala Ursula fon der Lyayeni məhv edirdik" — Lavrov

"Yaxınlarda az qala Ursula fon der Lyayeni məhv edirdik" — Lavrov
Eye

Rusiya xarici işlər naziri Segey Lavrov Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin təyyarəsinə müdaxilə etməsi ilə bağlı iddialardan danışıb.

Bakupost.az xəbər verir ki, nazir bu xəbərləri sərsəmlik adlandırıb.

“Yaxınlarda az qala Ursula fon der Lyayeni məhv edirdik. O, təyyarəylə ya da helikopterlə müxtəlif ölkələrə səfər edirdi və bu ölkələri bizim ölkəmizə qarşı qızışdırırdı. Və birdən elan etdilər ki, guya Rusiya GPS-i söndürüb və nəticədə təyyarə və ya helikopter qəzaya uğraya bilərdi. Amma, yeri gəlmişkən, sonra elə Avropa İttifaqının nümayəndələrinin özləri bu “sərsəmliyi” təkzib etdilər. Amma baxırsan ki, metodlar dəyişmir”, — deyə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar