Ru
13:09 / 04 Sentyabr 2020

Qurban Məmmədova verilən evlərlə bağlı icra hakimiyyətindən açıqlama

3047
Nərimanov rayon İcra Hakimiyyəti xaricdə yaşayan və Azərbaycan Respublikasının əleyhinə cılız fəaliyyət göstərən Qurban Məmmədova guya Nərimanov rayonu ərazisində çoxlu sayda ev verilməsində Nərimanov rayon İcra Hakimiyətinin başçısı Abdin Fərzəliyevin də rolunun olması iddiası ilə bağlı açıqlama yayıb.

"BakuPost"-a daxil olan açıqlamada qeyd edilir ki, bu xəbər yalan, qərəzli və hansısa tərəfin qarayaxmasıdır:

"Onu da bildirək ki, qeyd edilən ünvanda “Atlant-İnşaat” şirkəti təsdiq olunmuş layihə əsasında tikinti işləri aparmışdır. Həsənoğlu küçəsi 12 ünvanda Gilan Holdinq tərəfindən inşa edilən tikintinin ərazisinə düşdüyü üçün həmin ünvanda 2 mərtəbəli binalar sökülərək sakinlərin şirkətin M.Nağıyev küçəsi 19/67 ünvanda artıq inşa etdiyi hazır binaya köçürülməsi, kompensasiya verilməsi, sökülən mənzillərin əvəzləndirilməsi və bu kimi digər məsələlər birbaşa şirkət ilə sakinlər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilmişdir. Bütün sadalanan proseslərin həyata keçirilməsi ilə bağlı ətraflı məlumatları KİV nümayəndələri qeyd edilən şirkət ilə də əlaqə saxlayaraq dəqiqləşdirə bilər.

Bu proseslərdə Nərimanov RİH-nin heç bir rəsmi və ya qeyri rəsmi iştirakı olmamışdır. O cümlədən bu məsələdə heç bir rolu və iştirakı olmayan RİH başçısı Abdin Fərzəliyevin adının qeyd edilməsi qərəzlidir və ikrah hissi doğurur.

KİV nümayəndələrindən bundan sonra da qeyri-dəqiq məlumatlar verərkən informasiyanın Nərimanov RİH ilə də dəqiqləşdirməyi məsləhət bilir, jurnalist adına yaraşacaq dərəcədə məsuliyyətli olmağı xahiş edirik".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər