Ru
08:19 / 12 İyul 2019

Yeni alınan qatar xarab oldu - Metroda problem yaranıb

2585
Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb.


 

BakuPost xəbər verir ki, bu barədə məlumatı "Report" yayıb. 

"Dərnəgül" - "Həzi Aslanov" İstiqamətində hərəkət edən qatar İnşaatçılar stansiyasında boşaldılıb.
Qatarın boşaldılmasına səbəb vaqonlardan birinin qapısının açılmaması olub.
Təxminən 5 dəqiqə ərzində maşinistin qapını açıb-bağlamaq cəhdləri boşa çıxdıqdan sonra sərnişinlər saat 08:01-də boşaldılıb. Təxminın saat 08:04-də qərar verilib ki, sərnişinlər yenidən həmin qatara minsin.
Bu zaman isə qapılar birdən bağlanıb və sərnişinlər qapı arasında qalıb. Polislərin və digər sərnişinlərin köməyi ilə qapıları aralayaraq sərnişinlər çıxarılıb.


 

Qeyd edək ki, bu hadisə ötən ay paytaxta gətirilən və bu ay istismara verilən yeni qatarlarda baş verib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər