Ru
13:36 / 11 Fevral 2021

Yerevanda etiraz aksiyası: Paşinyan iştirakçılarla görüşmədi

933
Ermənistan hökumətinin binası qarşısında itkin düşən hərbçilərin qohumları etiraz aksiyası keçirib.

Hadisə yerindən “Novosti Armeniya” canlı yayım edib.

“Bu istiqamətdə hökumətin fəaliyyətsizliyinin şahidiyik. Uşaqlarımız haqqında real informasiya almaq istəyirik. Ancaq bizə bunu heç kim demir”, - aksiya iştirakçılarından biri deyib.

İtkin düşənlərin qohumları bildiriblər ki, 113 gündür övladlarından xəbər yoxdur. Aksiya iştirakçılarının Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də baş tutmayıb.

Qeyd edək ki, həmin hərbçiləri Ermənistan hökuməti işğal altında saxladığı Azərbaycanın Qarabağ və ətraf bölgələrinə qanunsuz olaraq yollayıb./Report
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər