Ru
10:50 / 24 May 2019

Yol qəzalarında 6 nəfər öldü

2332
Ötən gün respublika ərazisində baş verən 2 yol-nəqliyyat hadisəsində 6 nəfər ölüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakupost-a verilən xəbərə görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 25 cinayətin üstü "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması təmin olunub.  Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 6 nəfər, borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər