Ru
16:45 / 12 Oktyabr 2021

“Yoluxma artarsa, sərtləşmələr olacaq..." - Millət vəkili

“Yoluxma artarsa, sərtləşmələr olacaq..." -  Millət vəkili
Eye

Son günlər koronavirusa yoluxma sayında artım müşahidə olunur.

Bəzi insanlar bunu karantin qaydalarının yumşaldılması, təhsil ocaqlarının, restoranların və s. açılması ilə əlaqələndirirlər.

Sosial şəbəkələrdə isə karantin qaydalarının sərtləşdiriləcəyi ilə bağlı müzakirələr aparılır.


Bəs yoluxma artarsa yenidən qapanma ola bilərmi?

Məsələ ilə bağlı Bakupost.az -a millət vəkili Müşfiq Cəfərov açıqlama verib.



O bildirib ki, ölkədə vaksinasiya sürətli şəkildə aparılır. Lakin bütün hallarda karantin davam edir. Ona görə də pandemiya qaydalarına əməl etmək mütləqdir.

“Doğrudur, əvvəlki kimi ölüm halları çox deyil, amma hər halda yenə də bu xəstəlikdən itkilərimiz olur. Əsas da əksər qadağaların aradan qalxdığı, karantinin yüngülləşdiyi dövrdə, bu yumşalmaların daimi olması üçün, sosial iqtisadi canlanmanı təmin etmək naminə adi vətəndaşlarla birlikdə, dövlət müəsissələri də verilən göstərişlərə maksimum diqqət etməlidir.

Təhsil ocaqlarında tədris nazirlik tərəfindən müəyyən qruplarla davam edir. Lakin sosial şəbəkələrdə sıxlıqla bağlı görüntülər yayılmışdı. Düşünürəm ki, nə qədər məsuliyyətli yanaşsaq, daha effektiv nəticə əldə edərik və bu bəladan tez bir zamanda qurtularıq”.


Millət vəkili əlavə edib ki, əgər yoluxma rəqəmləri ciddi yüksələrsə, yumşalmalar təbii ki, sərtləşə bilər:

“Hadisələrin gedişinə baxanda isə, bu gün əksər dövlətlərdə yumşalmaların olduğunu görürük. Bu da vaksinasiyanın doğru şəkildə aparılmasından irəli gəlir”.

Fəridə Söhrabqızı

Baku Post


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar