10:11 / 13 Avqust 2021

Yoluxma sayı artır: yenidən alovlanan virus və təkrar qapanmalar - Həkimdən SOS - VİDEO

1273
Xəstəliyi yüngül formada keçirən insanlar daşıyıcı kimi virusun yayılmasını sürətləndirir.

Bakupost.az xəbər verir ki, bu fikirləri həkim infeksionist Natiq Əliyev deyib.

“Bəzi hallarda xəstələr COVID 19 - a yoluxsalar da bu xəstəliyi simptomsuz keçirir. Belə vətəndaşlar özləri də bilmədən ətrafındakı insanlar arasında virusu yaymış olur. Nəticədə bir xəstə gün ərzində onlarla insanı yoluxdurmuş olur”, - həkim bildirib.

Onun sözlərinə görə, vaksinin hər iki dozasını vurduran şəxslər də xəstəliyi yüngül keçirir:

“Bu şəxslər yenidən yoluxduqda digər insanlar üçün artıq daşıyıcı olurlar. Həkimlər vətəndaşları virusun yayıldığı ilk günlərdə olduğu kimi qaydalara əməl etməyə çağırır. Yoluxma sayının artması virusun yenidən alovlanmasına və təkrar qapanmalara səbəb ola bilər”.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Allahyar Eyubov

    #COVID19 projesi insanliģa warşi hazirlanmiş bir cinayet projesidir. Dùnyanin gòrkemli virusoloqlari bunu tesdiq edibler. Insanlar, artiq, etirazlara başlayiblar. Tezlikle bu qara yuxuya son woyulacaw ve bu cinayetin bùtùn iştirakçilari mùhakime olunub cezalandirilacaqlar!

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər