Kəlbəcərdə sementlə dolu yük avtomobili aşıb.
Bakupost.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Kəlbəcər-Vəngli dairəsində baş verib.
“DongFeng” markalı sementdaşıyan avtomobilinin sürücüsü Namiq Əli oğlu Əhmədov idarə etməni itirib və maşını aşırıb.
N.Əhmədov müxtəlif dərəcəli xəsarətlərlə Kəlbəcər rayonunda yerləşən hospitala çatdırılıb.
Hadisə yerinə gedən Fövqəladə Hallar Nazirliyinin Kəlbəcər Rayon DYMH-nin əməkdaşları yola dağılan yanacağı ərazidən təmizləyərək yanğının baş verməsinin qarşısı alıb.
Qeyd edək ki, qəza zamanı avtomobildə 25 ton sement olub.