Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir.
Bakupost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı öz sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd olunub ki, məktəbdə baş verən hadisə MÜTDA və Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb.