Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 15-də Alyaskada ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə gözlənilən görüşündən sonra Amerika lideri ilə telefon danışığı həyata keçirməyi planlaşdırdığını bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə o, Tramp və Avropa liderləri ilə onlayn konfransdan sonra bildirib.
“Tramp mənə Alyaskadakı görüşdən sonra onunla əlaqə saxlamağı təklif etdi. Əgər olacaqsa, bütün nəticələri müzakirə edəcəyik, həmçinin növbəti qarşılıqlı addımlarımızı müəyyən edəcəyik”, - o qeyd edib.
Daha əvvəl Tramp Putinlə avqustun 15-də Alyaskada görüşməyi planlaşdırdığını bildirmişdi. Ardından Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu planları təsdiqləyərək, liderlərin Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli sülh yolu ilə nizamlanması variantlarını müzakirə etmək niyyətində olduqlarını vurğulamışdı.