Ukrayna Prezidenti Volodimr Zelenski münaqişənin hazırkı cəbhə xətti üzrə sülh yolu ilə nizamlanmasına razı ola bilər. Bu, Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmaması üçün ediləcək. Zelenski ukraynalılar üçün məqbul olan bir kompromisə getməyə hazırdır.
Bakupost.az xəbər verir ki, "The Financial Times" nəşri bu barədə Ukrayna prezidentinə yaxın yüksək vəzifəli bir məmurdan məlumat alıb.
Nəşr qeyd edir ki, Ağ Evdə keçiriləcək görüş Zelenskinin prezidentliyi dövründə ən vacib görüş ola bilər. Onun ABŞ Prezidenti Donald Trampla münasibətləri yenidən qurmaq, müharibəyə ədalətli son vermək və ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətlərini rəsmiləşdirmək şansı var.
Ukrayna Prezidenti israr edir ki, zəmanətlər real olmalıdır — quruda, havada və dənizdə müdafiəni əhatə etməli və mütləq Avropanın da iştirakı ilə təmin edilməlidir.
Aysel,
BakuPost