Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə cəbhəyanı yaşayış məntəqəsinin qəhrəman şəhər elan edilməsi haqqında fərman verib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” saytı müvafiq sənədə istinadən məlumat yayıb.
Məlumata görə, bu status Dnepropetrovsk vilayətinin Pavlohrad, Nikopol və Marqanets, eləcə də Donetskinin Drujkovka , Kramatorsk, Konstantinovka, Pokrovsk və Slavyansk şəhərlərinə verilib .
O həmçinin Zaporojye vilayətində Hulyaipole və Orexova, Nikolayev vilayətində Voznesensk və Baştanka, Sumı vilayətində Sumı və Trostyanets, Xarkov vilayətində Kupyansk və Xmelnitski vilayətində Starokostiantyniv rayonlarına verilib.
Qeyd edilib ki, Starokostiantyniv bu siyahıdakı digər şəhərlərdən fərqli olaraq, arxa cəbhədə dərin yerləşsə də, F-16 qırıcılarının yerləşdiyi ehtimal edilən hərbi aerodromun yaxınlığındadır. Buna görə də Rusiya Silahlı Qüvvələri mütəmadi olaraq bu obyektə zərbələr endirir.