Bakıda Mənzil Kommunal İdarəsi Sahəsi (MKİS) zibil konteyneri avtobus yolunun qoyub.
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospekti 99 ünvanında baş verib. Sakinlər bildirirlər ki, 85 saylı MKİS öz balansında olan zibil konteynerlərini yolun hərəkət hissəsinə aparıb. Digərləri də dolub-daşır.
Nazim Əsədovun sözlərinə görə, zibil konteynerlərinin yerini dəyişmək istəyəndə sakinlər iradlarını bildiriblər. Sonradan qoyulan yer isə buradır.
85 saylı MKİS-nin rəisi Elcan Orucov isə bildirdi ki, 99 saylı binanın tullantıları neçə gündür daşınmır. Səbəb də bina sakinlərinin məişət tullantılarının daşınmasına görə borcunun olmasıdır. Borc ödəndikdən sonra qutular öz yerinə qaytarılacaq.
Zibil qutularının niyə başqa yerə yox, məhz avtobus zolağına qoyulmasına gəlincə isə bildirildi ki, buna səbəb ərazidəki relyefin əlverişli olmaması, yalnız həmin hissənin uyğun gəlməsidir.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.