Ru
10:05 / 20 Fevral 2019

Bu gün Kiçik çillə çıxır

1488
 


Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, bu gün "qışın oğlan çağı” – kiçik çillə çıxır.


BakuPost xəbər verir ki, xalq təqviminə görə, "qışın oğlan çağı” – kiçik çillə fevralın 20-də çıxıb, öz yerini "boz ay”a verir.


Kiçik çillə yanvarın 31-dən fevralın 1-nə keçən gecədən başlayır.


Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün "boz ay” adlanır. 


Yəni, dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın  20-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir. 


Martın 21-nə keçən gecə daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər