Ru
12:32 / 26 Aprel 2024

"Sərsəm düşüncələrlə yaşamağa adət ediblər" - Fəzail Ağamalı

3485
“Ermənistandakı aksiyalar onların daxili işidir. Görünən odur ki, erməni cəmiyyəti anti-Azərbaycan, anti-türk ideyaları ilə zəhərləniblər. Onlar 90-cı illərdə zəbt etdikləri kəndlərimizi qaytarmaq istəmirlər”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fəzail Ağamalı Ermənistandakı son aksiyalar barədə danışarkən deyib.

O, Paşinyanın erməni cəmiyyətini bu çirkabdan xilas etməyə çalışdığını bildirib:

“1920-ci ildə Versal sülh müqaviləsi zamanı Ermənistanın 9 min kv. km ərazisi vardı. Sovet hökuməti tərəfindən bu ərazi 29 min kv. km-ə qaldırıldı. Görün, indi biz həmin 20 min kv. km-i tələb etsək, onda nələr olar? Ermənistan cəmiyyəti zəhərlənmiş, revanşist, xəstə cəmiyyətdir. Paşinyan istəyir ki, bu cəmiyyəti toparlasın, normal vəziyyətdə yaşasınlar. Sadəcə olaraq, onlar bunu istəmirlər. Çünki sərsəm düşüncə, xəstə təxəyyüllə yaşamağa adət ediblər. Ya Paşinyan bu düşüncə daşıyıcılarını susdurmalı, ya da onlar Paşinyanı hakimiyyətdən devirməlidir. Hər halda ciddi proseslər gedir və biz onların işinə qarışmalı deyilik. Mənzərə bundan ibarətdir”.
Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər