11 aylıq məzənnə

Xarici valyutaların rəsmi məzənnələri yanvar-noyabr aylarında necə dəyişib. Novator.az bildirir ki, avro 2020-ci ilə 1,9025 manatla başlayıb. Fevralda ən yüksək qiymət 1,8839, martda 1,9332, apreldə 1,8740, mayda 1,8873, iyunda 1,9297, iyulda 2,0003, avqustda 2,0284, sentyabrda 2,0382, oktyabrda 2,0090, noyabrda 2,0344 manat olub.

Gürcüstan larisi 0,5947 manatla start götürüb. Fevralda maksimum rəsmi məzənnə 0,6095, martda 0,6122, apreldə 0,5431, mayda 0,5376, iyunda 0,5734, iyulda 0,5577, avqustda 0,5539, sentyabrda 0,5530, oktyabrda 0,5342, noyabrda 0,5255 manat göstərilib.

Rusiya rublu ilə 0,0275 manatla girib. Yanvarda ən yuxarı qiymət 0,0278, fevralda 0,0271, martda 0,0258, apreldə 0,0233, mayda 0,0242, iyunda 0,0249, iyulda 0,0241, avqustda 0,0233, sentyabrda 0,0231, oktyabrda 0,0222, noyabrda 0,0225 manat həddində rəsmiləşib.

Türkiyə lirəsi yola 0,2849 manatla çıxıb. Yanvarda rəsmi məzənnənin zirvəsi 0,2895, fevralda 0,2842, martda 0,2792, apreldə 0,2569, mayda 0,2505, iyunda 0,2527, iyulda 0,2488, avqustda 0,2456, sentyabrda 0,2318, oktyabrda 0,2199, noyabrda 0,2249 manat səviyyəsində qərar tutub.

2015-ci ilin iki devalvasiyası nəticəsində dolların məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.

2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.

2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.

Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin yanvar-oktyabr aylarında keçirdiyi valyuta hərraclarında 6 milyard 170,4 milyon dollar məbləğində vəsait satıb. Manatı qorumağa yanvarın hərraclarında 300,2 milyon dollar, fevralın hərraclarında 543,4 milyon dollar, martın hərraclarında 1 milyard 928,3 milyon dollar, aprelin hərraclarında 531,1 milyon dollar, mayın hərraclarında 334 milyon dollar, iyunun hərraclarında 373,2 milyon dollar, iyulun hərraclarında 515,5 milyon dollar, avqustun hərraclarında 478 milyon dollar, sentyabrın hərraclarında 606,4 milyon dollar, oktyabrın hərraclarında 560,3 milyon sərf olunub.

2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.